Kiçikyaşlı yeniyetmələr, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə
Bakı birinciliyinə yekun vurulub. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil
olunan yarışda 40 komandanın tərkibində 560 idmançı qüvvəsini sınayıb.Klubumuzun kiçikyaşlı yeniyetmə kikboksçularından Elfan Əzizli (27 kq),
Yusif Dadaşov (33 kq) və Əli Mirzəyev (36 kq) rəqib tanımayaraq açıq paytaxt
birinciliyinin qalibi adını qazanıblar. Yalnız finalda məğlub olan Əlihüseyn
Əliyev (36 kq) və Əli Qasımov (46 kq) isə gümüş medala layiq görülüblər.Qeyd edək ki, bu yaş qrupunda kikboksçularımız komanda hesabında birinci
yeri tutublar.Yeniyetmələrin yarışında 60 kq çəki dərəcəsində klumuzu təmsil edən Fərid
İlyasov və Sehran Baxşıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Gənclər arasında mübarizə aparan idmançılarımızdan isə Hüseyn Əliyev (45 kq)
və İsgəndər Hacıyev birinciliyi bürünc medalla tərk ediblər.