Gürcüstanın paytaxtı
Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib.Şota Kveliaşvilinin xatirəsinə həsr olunmuş
yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov pnevmatik tapançadan
10 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq qalib adını qazanıb.Güllə atıcımız sözügedən şəhərdə tşkil olunan
açıq Gürcüstan çempionatında da bacarığını nümayiş etdirib və bu dəfə də mükafata sahib olub. Eyni silahdan eyni məsafəyə
atəşaçma yarışında idmançımız gümüş medala (565 xal) layiq görülüb. Kişi-qadın
cütlükləri arasında keçirilən mübarizədə
isə Ruslan Lunyov 478 xalla yenidən liderliyə yüksəlib.