Beynəlxalq Cüdo
Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Dekabr ayı üçün nəzərdə
tutulan siyahıda “Neftçi İdman Klubu”nun cüdoçularının mövqelərində bəzi dəyişikliklər
olub. Təmsilçilərimizdən Orxan Səfərov (60 kq), Hidayət Heydərov, Rüstəm Orucov
(hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) mövqelərini
qoruyublar. Onlar müvafiq olaraq, 2-ci, 4-cü, 2-ci, 11-ci və 7-ci pillələrdə qərar
tutublar. Klubun yetirmələrindən Nicat Şıxəlizadə (66 kq), Tural Səfquliyev (90
kq) və Elxan Məmmədov (100 kq) hərəyə bir, İrina Kindzerska(+78 kq) isə iki rəqibini
özündən irəli buraxıb. Nəticədə cüdoçularımız müvafiq olaraq, 7-ci, 17-ci, 4-cü və 7-ci sıralarda yer
alıblar.