Portuqaliyada IWAS
versiyası üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçirilən Dünya
Oyunlarında taekvondo yarışlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun yığma
komandamızın heyətində yer alan taekvondoçuları böyük əzmkarlıq nümayiş etdirərək
mötəbər turnirin 4 medalına sahib olublar. İdmançılarımızdan Nicat Müslümov iki
kateqoriya üzrə döyüşlərdə mübarizə aparıb. Təmsilçimiz 75 kiloqram çəki dərəcəsində
(K42) qızıl, 43 kateqoriyalı idmançıların yarışında isə gümüş medala yiyələnib.
Klubun digər yetirmələri Vüqar Adışirinov (K44) və Röyalə Fətəliyeva( 49 kq,
K44) isə Dünya Oyunlarını bürünc medalla başa vurublar.