I Divizionda XIII turun
oyunları keçirilib.”Qaradağ Lökbatan” bu
turda “Mil-Muğan”la üz-üzə gəlib. Qaradağ Təlim- İdman Bazasının stadionunda
gerçəkləşən matç komandamız üçün yaxşı başlamayıb. Belə ki, qarşılaşmanın 7-ci
dəqiqəsində rəqib Comərd Baxşəliyevin vurduğu qolla önə keçib. Ancaq tədricən oyuna nəzarət etməyə nail olan
futbolçularımız cəmi on dəqiqə sonra Elvin Adışirinlinin ifasında hesaba
tarazlıq gətiriblər-1:1. 43-cü dəqiqədə isə Natiq Kərimi komandamızın ikinci
qoluna müəlliflik edib. Tərəflər elə bu hesabla da fasiləyə yollanıblar. İkinci
hissədə “Qaradağ Lökbatan” daha iki dəfə rəqibi meydanın mərkəzinə dəvət edib.
85-ci dəqiqədə Əliqulu Manafov azarkeşləri ayağa qaldırıb. Cəmi iki dəqiqə
sonra Elvin Adışirinli özünün ikinci, komandasının isə dördüncü qoluna imza
atıb-4:1.Qeyd edək ki, hazırda “Qaradağ
Lökbatan” ən yaxın izləyicisi “Binə”ni 14 xal qabaqlayır və 35 xalla turnir cədvəlinin
vahid lideridir.