Sumqayıt Olimpiya İdman
Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə
VI beynəlxalq turnirə yekun vurulub. Yeniyetmələr arasında keçirilən yarışda 39 komandanın tərkibində 563 idmançı
qalib adı uğrunda mübarizəyə qoşulub. Gənclər və İdman Nazirliyi, Azərbaycan
Cüdo Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı
ilə keçirilən turnirə Bakı, Sumqayıt, Naxçıvan, Yevlax, Bərdə, Mingəçevir, Qusar,
Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı,
Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin,
eləcə də Ukraynanın yeniyetmə cüdoçuları qatılıblar.”Neftçi İdman Klubu”nun
təmsilçisi, 32 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva qızlar
arasında keçirilən yarışda bürünc medala layiq görülüb.