Futzal üzrə Azərbaycan
çempionatının Yüksək Liqasında növbəti turun oyunları keçirilib.”Neftçi İdman Klubu”nun
futzalçıları bu turda “FK.İD Futsal” komandası ilə üz-üzə gəliblər. Görüşü komandamız
üçün uğursuz hesab etmək olar. Belə ki, futzalçılarımız ilk hissədə iki qol
vurmaqla fasiləyə üstün yollansalar da, ikinci yarının ortalarında hər şey
komandamızın əleyhinə dəyişib. Rüfət Balakişiyev bir dəqiqə intervalla iki
avtoqola imza atıb. Hətta bu azmış kimi, 30-cu dəqiqədə Elvin Quliyev “FK.İD
Futsal”ı hesabda önə keçirib. Ancaq buna baxmayaraq, rəqibin sevinci uzun çəkməyib.
Mehram Eybeli hesaba tarazlıq gətirib-3:3. Qarşılaşmada əlavə qol
vurulmayıb və matç elə bu hesabla da başa çatıb.