Şəmkir Olimpiya İdman
Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yeniyetmələr
arasında cüdo üzrə beynəlxalq turnir sona yetib. Azərbaycan Cüdo Federasiyası və
Şəmkir Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən
yarışda 32 komandadan 347 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub. İki gün
davam edən turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı,
Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala və Şəmkirlə
yanaşı, Gürcüstan, Türkiyə və Latviyadan olan yeniyetmə cüdoçular bacarıqlarını nümayiş etdiriblər.Klubumuzun idmançılarından
ikisi yarışın mükafatına layiq görülüb. Onlardan
55 kiloqram çəkidə çıxış edən Sübhan Eyubov yalnız həlledici final görüşündə məğlub
olub və gümüş medala yiyələnib. Eyni çəki dərəcəsində mübarizə aparan Süleyman
Əliyev isə beynəlxalq turniri 3-cü pillədə başa vurub.