Rusiyanın Sankt-Peterburq
şəhərində keçirilən cüdo üzrə “World Masters” beynəlxalq turnirinə yekun
vurulub. 46 ölkədən 212 idmançının qatıldığı yarışda Azərbaycan millisi 7
cüdoçu ilə təmsil olunub.Cüdoçularımız mötəbər
turnirin 2 medalına sahib olublar ki, onların da hər ikisini ölkəmizə “Neftçi
İdman Klubu”nun yetirmələri qazandırıblar. 73 kq kiloqram çəki dərəcəsində
mübarizə aparan Hidayət Heydərov və Elxan Məmmədov (100 kq) “World Masters”
turnirinin bürünc medalına yiyələniblər.