“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında ilin son yarışını keçirdi. Mini-futbol idman növü üzrə təşkil olunan turnir 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdu. Yarışda 11 komanda iki qrupda mübarizə aparırdı. “A” qrupunda “Suraxanı Oyl”Əməliyyat Şirkəti, “Nəqliyyat İdarəsi-1”, SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Qaz İxrac” İdarəsi, “ARDNŞ HC”, “B” qrupunda isə “Nəqliyyat İdarəsi-2”, “Bahar Enerji” Əməliyyat Şirkəti, “Azneft” İstehsalat Birliyi, Geofizika və Geologiya İdarəsi və “Neftqaztikinti” Trestinin komandaları təmsil olunmuşdular.Dekabrın 11-də start götürən və beş gün davam edən yarış Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman kompleksində keçirildi.Həlledici final görüşündə “Bahar Enerji”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradan “Suraxanı Oyl” komandası mini-futbol turnirinin qalibi adını qazandı. “Bahar Enerji” Əməliyyat Şirkəti 2-ci, “Qaz İxrac” İdarəsinin komandası isə 3-cü yeri tutdu.Həmişə olduğu kimi, bu dəfə də klubumuz tərəfindən “ən yaxşı oyuncu”, “ən məhsuldar oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə mükafatlar təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Sənan Hüseynov (“Bahar Enerji” Əməliyyat Şirkəti), Elmin Qəhrəmanov (“Qaz İxrac” İdarəsi) və Gennadiy Adamov (“Suraxanı Oyl”Əməliyyat Şirkəti) layiq görüldülər.Qalib və mükafatçı komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və xatirə hədiyyələri təqdim olundu. Nominasiya qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.