Ukraynanın
paytaxtı Kiyevdə kikboksinq üzrə “Wizard Open-2017” beynəlxalq turniri keçirilib.
Yarışda 300-dən artıq idmançı qüvvəsini sınayıb.Klubumuz
Azərbaycan yığmasının heyətində iki yetirməsi ilə təmsil olunub və onların hər ikisi mükafata layiq yer tutub. 71
kiloqram çəki dərəcəsində mübarizə aparan Sehran Baxşıyev loukik versiyasında turnirin
qalibi adını qazanıb. İsgəndər Hacıyev (67 kq) isə full kontakt yarışlarının
gümüş medalına sahib olub.Klubumuzun kikboksinq üzrə məşqçisi Elnur Alıyev isə turnirdə ədalət təmsilçisi
qismində çıxış edib.