Hövsan Olimpiya İdman
Kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq
üzrə respublika turniri keçirilib.Yeniyetmələr və gənclər
arasında təşkil olunan yarışda klubumuzun idmançıları 11 medal (3 qızıl, 4
gümüş, 4 bürünc) qazanıblar. Kikboksçularımızdan
+31 kiloqram çəki dərəcəsində mübarizə
aparan Elmir Alı, Qalib Hüseynli (42 kq) və İsgəndər Hacıyev (75 kq) bütün
döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.