Respublika Boks Mərkəzində
ölkə çempionatı davam edir. Kişilər arasında təşkil olunan və 39 komandanın iştirak
etdiyi yarışda dəri əlcək ustaları 10 çəki dərəcəsi üzrə qüvvələrini
sınayırlar.Klubumuzun çempionatda
mübarizə aparan boksçularından Niyaməddin
Allahverdiyev mükafatçılar arasında yer almağa müvəffəq olub. 60 kiloqram çəkidə çıxış edən idmançımız Azərbaycan
çempionatının bürünc medalına yiyələnib.