Hövsan Olimpiya
İdman Kompleksində yeniyetmələr
arasında yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib. 1-5-ci yerləri
tutan güləşçilərə respublika birinciliyində iştirak hüququ qazandıran yarışda 300-ə
yaxın idmançı çempionluq uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun
yeniyetmə pəhləvanları 2-si qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla turnirin 7
medalına sahib olublar. Təmsilçilərimizdən Allahverdi Əliyev (71 kq) və Qabil Əhmədov (80
kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar. Yalnız final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Hüseyn Qəribov
(48 kq) gümüş, Xanhüseyn Abışov (55 kq), Xasay Həsənli, Elcan Məmmədov (hər ikisi 65 kq) və Elton Əzimli
(80 kq) isə bürünc medala layiq görülüblər.Qeyd edək ki,
klubumuzun yetirmələri komanda hesabında
ikinci yeri tutublar.