Beynəlxalq Cüdo
Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Siyahını “Neftçi İdman
Klubu”nun yetirmələri üçün uğurlu hesab
etmək olar. Belə ki, cüdoçularımızın hamısı mövqeyini qoruyub və onlardan doqquzu
ilk iyirmilikdə yer alıb. Rüstəm Orucov (73 kq) yenə 3-cü, Hidayət Heydərov (73
kq) və Elxan Məmmədov (100 kq) 4-cü, Elmar Qasımov (100 kq) 6-cı, Orxan Səfərov
(60 kq) 7-ci, Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Nicat Şıxəlizadə (66 kq) 14-cü, Tural Səfquliyev
(90 kq) 17-ci pillədə qərarlaşıb. Xanım cüdoçular arasında isə İrina Kindzerska
(+78 kq) 7-ci sırada yer alıb.