Hövsan Olimpiya İdman
Kompleksində yeniyetmə və gənc sərbəst güləşçilər arasında keçirilən paytaxt
birinciliyi sona yetib.”Neftçi İdman Klubu”nun
təmsilçiləri ümumilikdə 17 medala (3 qızıl, 4 gümüş, 10 bürünc) sahib olublar.180-dən artıq idmançının
qatıldığı yeniyetmələrin yarışında Fərid Cabbarov (80 kq) yalnız final görüşündə
məğlub olub və gümüş medala layiq görülüb. Əziz İsmayılov, Ceyhun Allahverdiyev
(hər ikisi 45 kq), Sahib Əzizov, Pərvin Rüstəmov (hər ikisi 65 kq), Rəşad
Əzizov (71 kq) və İzzət Aşurov (80 kq) isə bürünc medala yiyələniblər.58 güləşçinin mübarizə
apardığı gənclərin yarışında klubumuzun yetirmələrindən İntiqam Vəlizadə (61
kq), Ceyhun Kazımzadə (79 kq) və Orxan Həsənov (125 kq) rəqib tanımayaraq Bakı
çempionluğunun sevincini yaşayıblar. Cavid Cabbarlı (57 kq), Abdulxaliq Quluzadə
(74 kq), Hüseyn Quliyev ( 92 kq) 2-ci, Rakif Eminov, Fərid Zeynalov (hər ikisi
57 kq), Natiq Hacıağa (61 kq) və Murad Məmmədov (65 kq) isə 3-cü yeri tutublar.Qeyd edək ki, paytaxt
birinciliyində 1-3-cü yerləri tutmuş idmançılar fevralın axırlarında keçiriləcək
respublika birinciliyinə vəsiqə qazanıblar.