“Sərhədçi” İdman
Olimpiya Mərkəzində 13 yaşadək cüdoçular arasında Bakı birinciliyi davam edir. Azərbaycan
Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı
ilə keçirilən yarışda 48 komandanın tərkibində 551 cüdoçu çempionluq uğrunda
mübarizəyə qoşulub.Paytaxt birinciliyinin
ilk günündə klubumuzun 8 idmançısı mükafata layiq yer tutub. Onlardan 28
kiloqram çəkidə çıxış edən Dərya Bıkova və Gülnarə Gülməmmədli (48 kq) bütün rəqiblərini
məğlub edərək çempionluq sevinci yaşayıblar. Angelina İsmayılova (28 kq), Dostuxanım
Məmmədova (36 kq), Mədinə Abdullayeva (44 kq), Emili Rzayeva (48 kq) və Jalə
Sadıqova (+48 kq) gümüş, Nigar Əliyeva (28 kq) isə bürünc medal əldə edib.