Hövsan Olimpiya İdman
Kompleksində pankration, qraplinq, MMA idman
növləri üzrə açıq Bakı birinciliyi və çempionatı keçirilib. Yeniyetmələr, gənclər
və böyüklər arasında təşkil olunan yarışda 300-dən artıq idmançı qüvvəsini
sınayıb.Klubumuzun təmsilçiləri 7-si qızıl, 5-i gümüş və 14-ü
bürünc olmaqla paytaxt yarışının 26 medalına yiyələniblər.Pankration yarışlarında
Elçin Bəşirov (27 kq) və Roman Mənsimzadə
(73 kq) yeniyetmələr arasında liderliyə yüksəliblər.Qraplinq idman növündə İbrahim
Nəcəfov (84 kq) gənclər, Seymur Quliyev (92 kq) və Aqil Xəlilli (100 kq) isə
böyüklər arasında qalib adını qazanıblar.MMA yarışlarında 50 kiloqram çəki dərəcəsində
mübarizə aparan Rahib Mustafayev yeniyetmələr arasında qızıl medala layiq
görülüb. Elvin Əlizadə (92 kq) isə gənclərin mübarizəsində eyni uğuru təkrarlayıb.