“Sərhədçi” İdman
Olimpiya Mərkəzində 13 yaşadək cüdoçular arasında keçirilən paytaxt
birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun
təmsilçiləri yarışın sonuncu günündə 3 medala sahib olublar. Cüdoçularımızdan 50
kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Hüseynov bütün rəqiblərini məğlubiyyətə
uğradaraq qalib adını qazanıb. Yalnız həlledici finalda qələbəni əldən verən
Omar Məmmədzadə (46 kq) gümüş, Əliyar
Bayramlı (50 kq) isə bürünc medala yiyələnib.Xatırladaq ki, Azərbaycan
Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı
ilə keçirilən birinciliyin ilk günündə klubumuzun daha 8 cüdoçusu medal əldə etmişdi.