Respublika Boks Mərkəzində
keçirilən açıq Bakı birinciliyi sona yetib. 2004-2005-ci illər təvəllüdlü
boksçular arasında təşkil olunan yarışda 40-a yaxın komandadan 245 idmançı qüvvəsini
sınayıb.Klubumuzun dəri əlcək ustaları da paytaxt birinciliyinə
qatılıblar və yarışın 15 medalına (3 qızıl, 3 gümüş, 9 bürünc) yiyələniblər. Onlardan
43 kiloqram çəki dərəcəsində mübarizə
aparan Səid Abdullayev, Rəmiş Cəfərov
(65 kq) və Kamal Abdullayev (+76 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək
pilləsinə qalxıblar.