Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa turniri
keçirilib. Yarışda 42 ölkədən 285 idmançı liderlik uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Azərbaycan
yığma komandasının heyətində təmsil
olunan cüdoçularından ikisi ölkəmizə
medal qazandırıb. İdmançılarımızdan 66 kiloqram çəki dərəcəsində çıxış edən
Orxan Səfərov bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olub. Yalnız
həlledici final qarşılaşmasında məğlub olan Telman Vəliyev (73 kq) isə turnirin
gümüş medalına layiq görülüb.