“Neftçi İdman Klubu”nun təmsilçisi Zəkiyyə Həsənova İstanbulda qapalı məkanlarda
atletika üzrə beynəlxalq turnirdə bürünc medala layiq görülüb. Atletimiz 60
metr məsafəyə qaçış yarışlarında 7,45
saniyə nəticə göstərərək bu uğura nail
olub.Qeyd edək ki, bu nəticə ilə Zəkiyyə Həsənova Azərbaycan rekordunu
yeniləyib.