Respublika Boks Mərkəzində taekvondo üzrə Azərbaycan birinciliyi və
çempionatı sona çatıb. Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan
yarış gərgin mübarizə şəraitində keçib.Klubumuzun taekvondoçuları turnirin ümumilikdə 9 medalını (3 qızıl, 2 gümüş, 4 bürünc)
qazanıblar.Kişilərin yarışında 68 kiloqram çəkidə çıxış edən Ayxan Tağızadə, Səid
Quliyev (74 kq) və Ramin Əzizov (87 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq
ölkə çempionatının qızıl medalına sahib olublar.