“Neftçi İdman Klubu”nun Siyəzən
rayonunda fəaliyyət göstərən on iki yaşadək
futbolçulardan ibarət komandası fevralın 18-dən
26-dək Gürcüstanın Kobuleti şəhərində
təlim-məşq toplanışında olub.Kiçikyaşlı futbolçularımız toplanış
müddəti ərzində paralel olaraq dörd yodaşlıq görüşündə güclərini sınayıblar. Komandamız yerli “Şukura”
ilə qarşılaşmadan 2:2 hesablı bərabərliklə
ayrılıb. “Kobuleti” komandasını 4 cavabsız qolla yenən Elçin Ağayevin yetirmələri “Bakuri” klubunu da
məğlubiyyətə uğradıblar–7:3. Sonuncu görüşdə təmsilçimiz Kobuleti şəhərinin yığma
komandası ilə üz-üzə gəlib və rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanıb.