“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Rəsul Çunayev
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə 56-cı “Dan Kolov – Nikola
Petrov” beynəlxalq turnirində qızıl
medala sahib olub. 72 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən pəhləvanımız mübarizəyə səkkizdəbir
finaldan başlayıb. O, Polşa və Rumıniya təmsilçilərini vaxtından əvvəl təmiz qələbə
ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyə idmançısı üzərində
də qələbə qazanan Çunayev finala vəsiqəni təmin edib. Həlledici görüşdə
fransalı rəqibini vaxtından əvvəl məğlub edən klubumuzun yetirməsi fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.