Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib.Kişilər ,qadınlar
və ustadlar arasında təşkil olunan yarış Şüvəlan qəsəbəsindəki Ağır Atletika
Akademiyasının idman zalında gerçəkləşib.Klubumuzun təmsilçisi
Asxab Kalayev (+105 kq) kişi ağır atletlərin yarışında gümüş medala layiq
görülüb. İdmançımız ümumilikdə 295 kiloqram ağırlığın (135+160) öhdəsindən gəlməklə
bu uğura imza atıb.