Futbol üzrə Azərbaycan
I Divizionunda XXI turun oyunlarına start verilib.”Qaradağ Lökbatan”
komandası bu tur çərçivəsində “Binə”nin qonağı olub. Binə qəsəbə stadionunda
keçirilən qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra hücumlarının kəsərini bir qədər də
artıran komandamız 69-cu dəqiqədə Ruslan
Tağızadənin vurduğu qolla önə keçib. “Binə”nin futbolçusu Seymur Abdullayev 83-cü dəqiqədə hesabı bərabərləşdirib – 1:1. Cəmi
iki dəqiqə sonra komandamız yenidən hesabda önə keçib. Bu dəfə Əliqulu Manafov
adını tabloya yazdırıb. Lakin son anda “Qaradağ Lökbatan” qələbəni əldən verib.
Oyunun əsas vaxtına əlavə olunmuş artırma dəqiqələrində (90+2) rəqib komandanın
futbolçusu Vüsal Səfərov bərabərlik qolunu vurub – 2:2.