Futzal üzrə Azərbaycan
çempionatının Yüksək Liqasında 22-ci
turun oyunları keçirilib.”Neftçi İdman Klubu”nun futzalçıları bu turda “Yasamal” komandası ilə üz-üzə gəliblər. Bakı
İdman Sarayında təşkil olunan qarşılaşma komandamızın 6:2 hesablı qələbəsiylə yekunlaşıb. Rəqib
qapısından topları Rüfət Balakişiyev
(2:26, 28:43), Vüsal İsayev (5:43), Vahib Xocayev (7:25), Oruc Baxşəli (19:58)
və Tural Qurbanov (27:26) keçiriblər.