Yeniyetmələr arasında
keçirilən boks üzrə Azərbaycan
birinciliyi başa çatıb. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 295 dəri
əlcək sahibi 17 çəki dərəcəsi üzrə mübarizə aparıb.Klubumuzun yetirmələri
ölkə birinciliyinin 10 medalına (2 qızıl, 5
gümüş, 3 bürünc) yiyələniblər. Boksçularımızdan 43 kiloqram çəkidə çıxış edən Səid Abdullayev və
Kamal Abdullayev (+76 kq) bütün döyüşlərdən
qalib ayrılaraq Azərbaycan çempionu adını
qazanıblar. Xəyal Nəzərov (46 kq), Aslan
Quliyev (48 kq), Bəylər Bayramov (56 kq), Əli Həmidov (65 kq), Aqil Zülfüqarov
(68 kq) gümüş, Tural Sarıyev (44,5 kq), Ədalət Əliyev (50 kq) və Əli Həsənov (73 kq) isə bürünc medala sahib olublar.Qeyd edək ki, yeniyetmə
boksçularımız komanda hesabında ikinci yeri tutublar.