“Neftçi İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam
etdirməkdədirlər. İdmançılarımız ilin birinci rübündə ölkədaxili və beynəlxalq
səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək, 116-sı qızıl, 114-ü
gümüş və 170-i bürünc olmaqla, ümumilikdə 400 medal qazanıblar. Atletlərimiz dünya
yarışlarında 2 (2 qızıl), Avropa yarışlarında 2 (1
qızıl, 1 gümüş), beynəlxalq turnirlərdə
isə 19 medala (3 qızıl, 7 gümüş, 9 bürünc)
yiyələniblər. Respublika yarışlarında 169 dəfə fəxri kürsüdə yer alan (55 qızıl, 46 gümüş, 68 bürünc) təmsilçilərimiz, paytaxt
yarışlarında 133 (37 qızıl, 34 gümüş, 62 bürünc), digər yarışlarda isə 75 medala (18
qızıl, 26 gümüş, 31 bürünc) sahib olublar.