Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 22-ci turun oyunlarına start verilib.”Qaradağ Lökbatan” bu
turda İmişlidə “Mil-Muğan”ın qonağı
olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda təşkil olunan oyunda tərəflər
hərəyə bir xalla kifayətlənib. Matçın 44-cü
dəqiqəsində komandamız Ruslan Voronsovun vurduğu qolla önə keçib. Qarşılaşmanın 71-ci dəqiqəsində isə “Mil-Muğan”
hesabı bərabərləşdirib-1:1. Rəqibin futbolçusu
Rəşad Orucov komandasını məğlubiyyətdən
xilas edib.