Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran-pri
turnirinə yekun vurulub.Yarışda 50 ölkədən 316 idmançı (206 kişi, 110 qadın) medallar uğrunda mübarizə
aparıb.Azərbaycan millisinin
üzvləri mötəbər turnirin dörd medalına
sahib olublar ki, onların da hamısını “Neftçi
İdman Klubu”nun cüdoçuları ölkəmizə qazandırıblar. 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev
bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl mdala yiyələnib. Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev
və Tural Səfquliyev (hər ikisi 90
kq) isə beynəlxalq turniri üçüncü pillədə başa vurublar.