2004-2005-ci
il təvəllüdlü yeniyetmə boksçular arasında
“Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. Şağan Olimpiya
İdman Kompleksində təşkil olunan yarışda 220 dəri əlcək sahibi medallar uğrunda
mübarizə aparıb.Klubumuzun yeniyetmə boksçuları
birinciliyin 7 medalına (3 qızıl, 2 gümüş, 2 bürünc) yiyələniblər. İdmançılarımızdan
Aslan Quliyev (48 kq), Rəmiş Cəfərov (68
kq) və Əli Həsənov (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bəylər
Bayramov (56 kq) və Nihat Qurbanov (76 kq) 2-ci, Elmir Rəhimovla (37 kq) Qədir Rüstəmov (46 kq) isə 3-cü yeri tutublar.