Lixtenşteyndə
atletika üzrə kiçik ölkələrin Avropa çempionatı keçirilib.”Neftçi
İdman Klubu”nun təmsilçisi Zəkiyyə
Həsənova 100 metr məsafəyə qaçış yarışlarında 11.61 saniyə nəticə ilə
Azərbaycan rekorduna imza atıb və çempionatın gümüş medalına layiq görülüb. Xanım
atletimiz 200 metr məsafəyə qaçışda daha böyük uğura imza atıb. Belə ki, idmançımız
bu yarışlarda 23.56 saniyə nəticə göstərərək qızıl medala sahib
olub.