Xorvatiyanın Zaqreb şəhərində
yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir. Yarışın üçüncü günündə qızlar mübarizəyə qoşulublar.”Neftçi İdman Klubu”nun ölkəmizi mötəbər
turnirdə təmsil edən daha bir güləşçisi mükafata layiq yer tutub. 43 kq çəki
dərəcəsində mübarizə aparan Şahanə Nəzərova ardıcıl olaraq Yaponiya, Fransa və
Ukrayna idmançıları üzərində qələbə qazanıb və finala vəsiqəni təmin edib. Həlledici
qarşılaşmada ABŞ təmsilçisinə məğlub olan xanım idmançımız dünya birinciliyinin gümüş medalına layiq görülüb.Xatırladaq ki, yarışın əvvəlki günlərində sərbəst güləşçimiz Əbülfəz
Nəsirov (55 kq) bürünc medala yiyələnmişdi.