“Neftçi İdman Klubu”nun
yetirmələri Ukraynada keçirilən səmti müəyyənetmə idman növü üzrə “Xatirə kuboku–2018” yarışlarında
mübarizə aparıblar. Turnirdə iştirak edən idmançılarımızdan Süleyman Əliyev
2-ci, Vladislav Tuzov isə 3-cü idman dərəcələri qazanıblar.21E kateqoriyasında təşkil olunan
yarışda kişilər arasında Süleyman Əliyev
və Vladislav Tuzov, qadınların mübarizəsində isə Anna Kamayeva gücünü sınayıb.
Təyin olunmuş 12,4 kilometr məsafəni 2
saat 37 dəqiqəyə qət edən Süleyman Əliyev 18-ci, 2 saat 46 dəqiqəyə tamamlayan
Vladislav Tuzov isə 21-ci olub. Qızlar arasında 9,8 kilometr məsafədə Anna
Kamayeva 18-ci yeri tutub.Turnirin sonuncu günündə
idmançılar qısa məsafəyə qaçış üzrə bacarıqlarını nümayiş etdiriblər. Psel
çayının sahilindəki qaçış ərazisində keçirilən yarışda Süleyman Əliyev 12-ci,
Vladislav Tuzov isə 14-cü yerə çıxıb. Xanım idmançılar arasında Anna Kamayeva bu dəfə 9-cu pillədə qərarlaşıb.