Türkiyənin İstanbul şəhərində
gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Çempionlar”
beynəlxalq turniri sona yetib.Sayca 21-ci dəfə təşkil olunan
turnirdə klubumuzun iki yetirməsi medala layiq görülüb.Sərbəst güləşçilər arasında keçirilən yarışda
61 kiloqram çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə fəxri kürsünün 3-cü
pilləsində dayanıb.Altmış yeddi kiloqram çəkidə
ölkəmizi təmsil edən Kamran Mirzəliyev isə yunan-Roma güləşçilərinin qatıldığı
mübarizədə gümüş medala sahib olub.