Almaniyanın Sarbrüker şəhərində
cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. 26 ölkədən 387 cüdoçunun (269
kişi, 118 qadın) qatıldığı yarışda Azərbaycan
millisi 10 cüdoçu ilə təmsil olunub.”Neftçi İdman Klubu”nun yığma komandamızın
heyətində yer alan yetirmələrindən üçü mötəbər turnirin medalını qazanıb. 90 kq
çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə
qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yüz kiloqramdan artıq çəki
dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi
Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, klubumuzun
idmançısı Şahin Qəhrəmanov
isə gümüş medal əldə edib. Digər təmsilçimiz Telman Vəliyev (73
kq) isə bürünc medala layiq görülüb.