Gənclər
arasında güllə atıcılığı üzrə Bakı şəhər kubokuna yekun vurulub. Bakı Atıcılıq
Mərkəzində təşkil olunan yarışda 10 komandanın idmançıları mübarizə aparıb.Klubumuzun
turnirə qatılan güllə atıcılarından Lalə Mirzəzadə qadınlar arasında PTÇ-2
tipli tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 549 xal toplayaraq gümüş
medala layiq görülüb.Atıcılığın
mix team növündə isə Zeynəb Abbasova (PTÇ-2) və Vladislav Kalmıkovdan (PTÇ-3)
ibarət komandamız eyni məsafəyə atəşaçmada 344 xalla ikinci yeri tutub.