Respublika Olimpiya Mərkəzində keçirilən atletika
üzrə Bakı şəhər çempionatı başa çatıb. Yarışlarda 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.Klubumuzun atletlərindən Zəkiyyə Həsənova qadınlar arasında
200 metr məsafəyə qaçışda finişə ən tez çatıb və qızıl medala yiyələnib. Qızlar
arasında təşkil olunan qaçış turnirində də Zəkiyyə Həsənova (60 metr) eyni
uğura imza atıb.Kişi atletlərin mübarizəsində Zeynal Miskərli 60
metr məsafənin qətində, Nazim Babayev isə üçtəkanla tullanma yarışında paytaxt
çempionu adına sahib olub.