Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq
İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr
arasında sayca 22-ci açıq respublika turniri başa çatıb. Yarışda Azərbaycan pəhləvanları
ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan idmançılar da
medallar uğrunda mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun güləşçiləri gərgin mübarizə
şəraitində keçən turnirin 2 qızıl, 2 gümüş və 1 bürünc medalını əldə ediblər. Sərbəst
güləşçilərimizdən 60 kiloqram çəki dərəcəsində çıxış edən Əbülfəz Nəsirov rəqib
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Yunan-Roma güləşi üzrə keçirilən yarışda Xasay Həsənli
(65 kq) qalib adını qazanıb. Yalnız həlledici final görüşündə məğlub olan Nihad
Quluzadə (51 kq) və Hüseyn Qəribov (55 kq) gümüş medala layiq görülüblər. Cavidan
Məmmədli (48 kq) isə turniri üçüncü yerdə başa vurub.