Yanvarın 7-də startı verilmiş güllə atıcılığı üzrə paytaxt
çempionatı sona yetib. Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 50-yə yaxın
idmançı bacarığını nümayiş etdirib.Turnirdə 10 metr məsafəyə pnevmatik tapançadan
(PTÇ-3) atəşaçma yarışında klubumuzun yetirmələrindən Ruslan Lunyov 576 xal toplayaraq qızıl medal
qazanıb. Elvin Astanov (563 xal) isə 2-ci yeri tutub.Zərif cinsin nümayəndələri arasında pnevmatik
tapançadan (PTÇ-2) eyni məsafəyə atəşaçmada
Zeynəb Abbasova 542 xalla bürünc medala yiyələnib.