Abşeron Olimpiya İdman Kompleksində 2001-2002-ci
illər təvəllüdlü samboçular arasında Bakı birinciliyi keçirilib. Turnirdə 10 çəki
dərəcəsi üzrə 137 idmançı yarışıb.”Neftçi İdman Klubu”nun yeniyetmə
samboçularından altısı mükafatçılar arsında yer alıb. Onlardan 60 kiloqram çəki dərəcəsində mübarizə
aparan Rəvan Rüstəmli, Ağani Məmmədov (75 kq) və Rəvan İsgəndərli (87 kq) bütün
rəqiblərini məğlub edərək paytaxt
birinciliyinin qalibi adını qazanıblar. Mustafa Budaqov (52 kq), Hacalı Qasımov
(60 kq) və Əli Novruzlu (+87 kq) isə gümüş medala layiq görülüblər.