20 Yanvar faciəsindən 29 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın
qan yaddaşına əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsinə ehtiramını
bildirmək üçün hər il insan axını Şəhidlər xiyabanına üz tutur. Bu il də yüz
minlərlə insan şəhidlərimizi yad etdi.Bu gün “Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivi də
Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər.
Məşqçilər, idmançılar, eləcə də klubun nümayəndələri Şəhidlər xiyabanını
ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.Allah bütün şəhidlərimizə rəhmət eləsin!