Futbol üzrə Azərbaycan
çempionatının I Divizionunda XXI turun oyunlarına yekun vurulub.Bu tur çərçivəsində “Qaradağ
Lökbatan” “Sumqayıt-2” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman
Bazasının stadionunda təşkil olunan qarşılaşma 1:1 hesabı ilə sona yetib.
Oyunun 59-cu dəqiqəsində Rüfət Abdullazadənin vurduğu qolla rəqib önə keçsə də,
matçın sona çatmasına dörd dəqiqə qalmış (86) Emin Mehtiyev adını tabloya
yazdırıb və komandamızı məğlubiyyətdən xilas edib – 1:1.