Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə
boksçular arasında “Heydər Əliyev Kuboku – 2019” beynəlxalq turniri başa çatıb.
Ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya,
Gürcüstan və Qırğızıstan yığmaları da medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun milli komandamızın heyətində
təmsil olunan yeniyetmə boksçularından 48 kiloqram çəkidə çıxış edən Səid
Abdullayev yalnız həlledici final görüşündə məğlub olub və gümüş medala layiq
görülüb. Digər idmançılarımızdan Nihad Ağakişiyev (46 kq), Qasım Qasımlı (50 kq)
və Əli Ələsgərli (52 kq) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.Qeyd edək ki, Azərbaycan millisi turnirdə 4 qızıl, 2 gümüş və 9 bürünc
medal qazanıb və bu nəticə ilə komanda hesabında birinci yeri tutub.