Türkiyədə keçirilən Beynəlxalq Velosipedçilər
İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışı başa çatıb.”Neftçi İdman Klubu”nun yetirməsi Elçin Əsədov dörd
mərhələdən ibarət veloturda böyük uğura imza atıb. Belə ki, mərhələlərdə
müvafiq olaraq, 11-ci, 10-cu, 13-cü və 29-cu olan velosipedçimiz ümumi təsnifatda
10-cu pillədə qərarlaşıb. Elçin Əsədov bu göstərici ilə Tokio Yay Olimpiya
Oyunlarına ölkəmizin aktivinə üç lisenziya xalı yazdırıb.Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının
reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar bu ilin
oktyabrınadək davam edəcək.