Ümummilli lider Heydər Əliyevin anadan olmasının
96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada keçirilən 7-ci “Zirvə” Beynəlxalq
Uşaq Oyunları davam edir. Yarışda on iki ölkədən 4 mindən çox atlet idmanın müxtəlif
növləri (ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik
futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi,
karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik
voleybolu və voleybol, badminton, atletika) üzrə mübarizə aparır.Yüz altmış səkkiz iştirakçının qatıldığı yunan-Roma
güləşi üzrə yarışlarda “Neftçi İdman Klubu” 8 yetirməsi ilə təmsil olunub. Güləşçilərimizdən
beşi mükafata layiq yer tutub. Qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən
Nurlan Quluzadə bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan İsaxan
Bəbirli (35 kq) gümüş medala layiq görülüb. Vüsal Quluzadə (41 kq), Xəlil Mirzəyev
(48 kq) və Kənan Abbaszadə (52 kq) isə yarışı bürünc medalla tərk ediblər.Qeyd edək ki, “Zirvə”Beynəlxalq Uşaq Oyunları mayın 28-dək davam edəcək.