Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə start verilib.
Heydər Əliyev adına İdman Sarayında keçirilən mötəbər yarışda dünyanın 56 ölkəsindən 431 cüdoçu (256 kişi, 175 qadın) mübarizə
aparır.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer
almış cüdoçusu Nicat Şıxəlizadə nüfuzlu
yarışın gümüş medalına layiq görülüb. Altmış altı kiloqram çəki dərəcəsində çıxış
edən təmsilçimiz yalnız həlledici finalda moldovalı Denis Vieru ilə görüşdən məğlub
ayrılıb.Qeyd edək ki,
mayın 12-dək davam edəcək turnirdə Azərbaycan
millisi 43 idmançı ( 28 oğlan, 15 qız) ilə təmsil olunur.