Heydər Əliyev adına
İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışın ikinci gününə yekun vurulub.”Neftçi İdman Klubu”nun
cüdoçuları bu gün daha üç medala sahib olublar. Təmsilçilərimizdən 73 kiloqram
çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərini məğlub edərək
mötəbər turnirin qızıl medalını qazanıb. Həlledici finalda cüdoçumuz İsrail təmsilçisi
Tohar Butbul üzərində qələbə çalıb.. Eyni çəkidə çıxış edən Rüstəm Orucov və Telman Vəliyev isə
fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.Xatırladaq ki, yarışın
ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə turnirin gümüş medalına layiq görülüb.Qeyd edək ki, “Böyük dəbilqə” yarışına mayın 12-də yekun vurulacaq.